top of page

Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci

Tarixi

26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Rabitə Kolleci və Bakı Dəmir Yolu Nəqliyyatı Texnikumu birləşdirilərək onların bazasında yaradılmışdır[2].

 

Bakı Rabitə Elektrotexnikumu 1931-ci ildə Bakı mərkəzi teleqrafın nəzdində fabrik-zavod təhsili bazası kimi fəaliyyətə başlamışdır. Texnikum 1990-cı ilədək keçmiş SSRİ Rabitə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərmişdir. 1991-ci ildə SSRİ Rabitə Nazirliyinin 157 saylı əmri ilə texnikuma Azərbaycanda ilk dəfə olaraq kollec statusu verilmişdir və Bakı Rabitə Kolleci adlandırılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci adlanmışdır.[3]

 

Kollec müstəqillik illərində

 

Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2000-ci il tarixli fərmanı ilə kollec Azərbaycan Respublikası Rabitə Nazirliyinin tabeçiliyindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeçiliyinə verilmişdir.

Azərbaycan Respublikası Nazirlər Nabinetinin 2001-ci il 140 saylı və Təhsil Nazirliyinin 786 saylı əmrinə müvafiq olaraq Bakı Rabitə Kollecinin bazasında Bakı Dəmir Yolu Texnikumu ilə birlikdə Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci yaradılmışdır.

 

Bakı Dəmiryolu Texnikumunun tarixi

 

Bakı Dəmir Yolu Texnikumu 1933-cü ildən ZSFSR üçün peşə təhsili bazasında mütəxəssis hazırlanması üçün yaradılmışdır. 1946-cı ildən təhsil ocağı texnikum adlandırılmışdır.

1950-ci ildə Azərbaycan Dəmiryolu Zaqafqaziya Dəmir Yolundan ayrılaraq müstəqil olmuş və Dəmir Yolu Texnikumu SSRİ Yollar Nazirliyinin tabeçiliyində fəaliyyətini davam etdirmişdir.

Azərbaycan müstəqillik əldə etdiyi dövürdən 2000-ci ilədək texnikum Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə tabe olmuşdur.

2000-ci ildən etibarən texnikum məlum fərmanla Təhsil Nazirliyinin tabeçiliyinə verilmişdir.

İxtisaslar

 

Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:

  • Mühasibat uçotu;

  • Gömrük işi;

  • Vaqon və refrijerator təsərrüfatı;

  • Nəqliyyatda daşımaların təşkili;

  • Yol hərəkətinin təşkili;

  • Poçt rabitəsi;

  • Radiorabitə. radio verilişləri və televiziya;

  • Çoxkanallı telekommunikasiya sistemləri;

  • Rabitə qovşaqları və kommunikasiya sistemləri;

  • Rabitə sistemlərinin idarə olunmasının informasiya hesablama vasitələri;

  • Kompyuter sistemləri və kompleksləri.

 

İstinadlar

  1. ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı.  (azərb.)

  2.  "Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 nömrəli Qərarı.  (azərb.)

  3.  Azərbaycan Maliyyə-İqtisad Kollecinin, Bakı Texniki Kollecinin, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin adlarının dəyişdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı. cabmin.gov.az  (azərb.)

  4.  2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı.

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

bottom of page