top of page

1959-cu ildə Qax rayonunun Zəyəm kəndində anadan olmuşdur.

1977-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakultəsinə qəbul olmuş və 1982 –ci ildə oranı başa vurmuşdur. İnstitutu bitirdikdən sonra təyinatla Rusiya Federasiyasının Həştərxan şəhərinə göndərilmiş, orada “Maşınqayırma” zavodunda Məlumat-hesablama mərkəzində mühəndis vəzifəsində çalışmışdır. 1985-1990-cı illərdə Həştərxan Qaz emalı zavodunda mühəndis, aparıcı mühədis işləmişdir.

1990-2004-cü illərdə Bakı şəhərində “Sərnişinnəqliyyat” Baş İdarəsinin Məlumat-hesablama mərkəzində mühəndis, aparıcı mühəndis və Baş mühəndis vəzifələrində işləmişdir.

2005-ci ildən Bakı Dövlət Rabitə kollecində Mühəndis proqramlaşdırıcı, “İnformatika” fənn komissiyasının sədri işləmişdir. Hazırda “Qeydiyyat, qiymətləndirmə və monitirinq” şöbəsinin müdiridir.

Qurbanov Fizuli Şahmərdan oğlu – şöbə müdiri

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

bottom of page