Kollecimizin İdmançıları yeni nəaliyyətə imza atdı!!!
- İlahə Ağacanova
- 31 Eki 2016
- 1 dakikada okunur


Vyaçeslav Filippovun xatirəsinə həsr edilmiş kubok mübarizəsi
29-30 oktyabr tarixlərdə Nabranın Telbulaq adlanan ərazidə SSRİ idman ustası Vyaçeslav Filippovun xatirəsinə səmti müəyyən etmə üzrə kubok mübarizəsi olmuşdur. Kollecimizi bu yarışda Oktay müəllimin rəhbərliyi altında 3-cü kurslar Qasımov Fərid, Nəsibov Rəcəb, Verdiyev Ceyhun təmsil etmişlər. Kubok mübarizəsinə gəlincə, təxminən 170 nəfərə yaxın idmançının qatıldığı yarış "OPEN- K”,
"OPEN-Q” qrupları üzrə keçirilib. 2.5 saat nəzarət vaxtı təyin edilmiş yarışda kişilər üçün 4.6 km (13 NM), qadınlar üçün isə 4.0 km məsafə (11 NM) müəyyən edilmişdir. Yarışda gərgin mübarizə nəticəsində Oktay müəllimin dəstəyi ilə yüksək yer tutan tələbələrimizi təbrik edirik. Uğurlarız bol olsun.
Comments