top of page

Oxuyub yoruldum, sevgi istəyirəm!

  • Yazarın fotoğrafı: İlahə Ağacanova official
    İlahə Ağacanova official
  • 1 Kas 2016
  • 1 dakikada okunur

Kollecin adını axtarışa verəndə təhsildən cox sevgi etirafları olan səhifə və qruplar tapılır. 85 ildir fəaliyyət göstərən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin adına xələl gətirən, sosial şəbəkələrdə kollec adından açılan səhifə və qruplar tələbələri təhsildən ayıraraq başqa istiqamətə yönəldirlər. Marifləndirici məlumat əvəzinə mənasız həyat tərzini, əyləncə dolu paylaşmalar edirlər.

Ən pisi isə instagramda BDRNK etiraf profilləri yaradaraq "tezliklə sevgilim olmalıdır" düşüncəsi ilə şəkillər, anonim sevgi etirafları paylaşırlar. Əksəriyyəti sadəcə, əyləncə üçün kiminləsə münasibət qurmağa çalışır, qızların bir çoxu imicini dəyişərək bəyəndiyin oğlanın diqqətini cəlb etməyi düşünərək cürbəcür pozalarda şəkillər çəkərək profillərini bəzəyirlər. Əsasən oğlanlar xoşlarına gələn qızın qrupunu, dərs kecdiyi otağın nömrəsini paylaşaraq sevgi etiraflarını edirlər. Fikirləşmirlər ki, başqasını incidəcək, ən əsası isə özünə ziyan verəcək bir addım atırlar.

Bütün günü oturub, "niyə mən bu qədər bəxtsizəm? Niyə təkəm?" deməkdən əl çək.

Kollecdə tələbələrin bir birinə olan sevgi hissi daimi olmur, ötəridir, bir gün bitəcək və depressiyaya düşüb bütün elədiklərinə peşman olacaqsan. Valideyn fikirləşir ki övladım təhsil alır, bilsə ki, kollecdə coxları bir birinə sevgi etiraf edir, onlar sizin haqda nə düşünər?

Kollecdə mənasız sevgi hisslərini yaşamaq yox, təhsil almaq lazımdır.



 
 
 

Comentarios


    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

bottom of page