top of page

Kollecimiz Bayraq yürüşündə iştirak etmişdir.

  • İlahə Ağacanova
  • 6 Kas 2016
  • 1 dakikada okunur

Noyabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçirilib.

Kollecimizi bu tədbirdə Şahmurad müəllimin rəhbərliyi ilə 50 nəfərə yaxın müəllim və tələbə təmsil edib.

Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanması olub.

Yürüş hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra tələbələr bayrağımıza həsr olunmuş şeir səsləndirib, rəqslər ifa ediblər.

Sonra minlərlə yürüşçü “Azneft” meydanı yaxınlığından Dövlət Bayrağı Meydanınadək yürüş ediblər.

Yürüşün sonunda Dövlət Bayrağı Meydanında xatirə fotosu çəkilib.


 
 
 

Comments


    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

bottom of page