Kollecimizdə gənclərin hərbi vətənpərvərlik tərbiyəsi mövzusuna həsr olunmuş tədbir keçirilmişdir.
- İlahə Ağacanova
- 14 Ara 2016
- 1 dakikada okunur

Kollecimizdə gənclərin hərbi vətənpərvərlik tərbiyəsi mövzusuna həsr olunmuş tədbir keçirilmişdir.
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində gənclərin hərbi vətənpərvərlik tərbiyəsi mövzusuna həsr olunmuş tədbir keçirilmişdir. Keçrilən tədbirdə, kollecin direktoru Bəxtiyar Bəxtiyarov çıxış edərək tədbir iştirakçılarını təbrik edib, iştirakçılara uğurlar arzuladı. Sonra kollecin hərbi rəhbəri Oktay Salayev tədbiri açıq elan etdi. Əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi hörmət və ehtiramla yad edilib, Azərbaycanın Dövlət himni oxun.Tədbir bir-birndən maraqlı kompazisyaları ilə yadda qaldı. Tədbir bir-birndən maraqlı kompazisyaları ilə yadda qaldı. Tələbələrin ifasında səsləndirilən hərbi vətənpərvərlik mövzusunda mahnılar, şeirlər və marşlar tamaşaçılarda yüksək əhval-ruhiyyə yaratdı, qələbəyə inam hissini daha da artırdı. İştirakçıların ifaları alqışlarla qarşılandı. Tədbir yüksək səviyyədə təşkil olunmuşdu . Akt zalının divarları tələbələrin hərbi vətənpərvərlik mövzusuna aid çəkdikləri rəsmlərlə və bayraqlarla bəzənmişdi.
Vətənə məhəbbət, öz xalqına hörmət, ölkəsinə xor baxan düşmənlərinə nifrət hisslərini aşılayan, doğma yurdun çiçəklənməsi uğrunda fəal mübarizəyə hədəf götürən hərbi-vətənpərvərlik tərbiyəsi tələbələrdə dərin təəsüratlar yaratdı.
Tədbir bitdikdən sonra iştirakçılar diplom və təşəkkürnamələrlə təltif olundular.








Comments